Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib.


Tezadlar.az xəbər verir ki, “Bilirəm” adlanan bəstənin musiqisi Kamala məxsusdur.
Aygün Kazımova mahnı üçün klip də çəkdirib. Ekran işinin rejissoru Emin Muradovdur.
Klip Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə lentə alınıb.







