Əsas məzmuna keç

Deputat Arzuxan Əlizadənin həbs edilən oğlunun videosu yayıldı

Daxili İşlər Nazirliyinin Bakıda kütləvi dava ilə bağlı yaydığı görüntülərdə həbs edilən deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də yer alıb.

Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər həbs edilib.

Qeyd edək ki, oktyabrın 23-də General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” restoranında baş verən hadisə zamanı 43 yaşlı C.Mirağayev bıçaq xəsarətlərindən qətlə yetirilib. Faktla bağlı istintaq davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…