Əsas məzmuna keç

Evləndi – iki həftə keçməmiş özünü güllələdi…

Rusiyalı reper Mişa Mavaşi odlu silahdan aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.

Tezadlar.az  xəbər verir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Mavaşi evində güllə yarası aldıqdan sonra onun üçün təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılanadək o, çoxlu qan itirib.

“Mash” teleqram kanalı repçinin başından aldığı güllə yarası nəticəsində öldüyünü yazıb. İlkin məlumatlarda hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verə biləcəyi qeyd olunub. Hadisə zamanı sənətçinin həyat yoldaşı da evdə olub, lakin o, başqa otaqda imiş.

“Ostorojno, novosti” teleqram kanalının məlumatına görə, Mavaşinin ölümünün ilkin səbəbi intihar olub. Bununla belə, hadisənin dəqiq təfərrüatları barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, reper ölümündən 11 gün əvvəl Yekaterina adlı xanımla evlənmişdi.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…