Əsas məzmuna keç

İraq təhlükəsizlik qüvvələri bəzi əraziləri PKK terror təşkilatından geri alıb

İraq təhlükəsizlik qüvvələri Sincarda bəzi əraziləri PKK terror təşkilatından geri alıb.

Tezadlar.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Sincardakı müəyyən nöqtələrin İraq təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesi başlayıb.

Məlumatda qeyd olunub ki, İraq təhlükəsizlik qüvvələri Sincardakı bəzi vacib nöqtələri PKK terror təşkilatından geri alıb.

Bildirilib ki, PKK terror təşkilatının İraq təhlükəsizlik qüvvələri ilə inteqrasiya prosesinə yalnız şəxsi heyət deyil, həm də silah və hərbi məntəqələr daxildir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…