Əsas məzmuna keç

“Stansiya Sumqayıt” ərazisində yük maşını aşıb

Bakı-Quba yolunda qəza baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə oktyabrın 25-i səhər saatlarında “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Atego” markalı yük avtomobili aşıb. Şahidlər bildirib ki, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub.

Nəticədə, avtomobilin yük yerində daşınan qoyunların bir qismi tələf olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aşan nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…