Deyəsən, vəziyyət dəyişir: ABŞ Konqresindəki demokratlar Donald Trampın Moskva ilə dizel razılaşması ilə bağlı mümkün araşdırmaya hazırlıq məqsədilə əsas bankların və limanların Rusiya dizel yanacağı ilə bağlı əməliyyatların qeydlərini saxlamalarını tələb edirlər. Tezadlar.az Axios-a istinadla bildirir ki, 24 oktyabr tarixli məktub JPMorgan, Bank of America və Goldman Sachs da daxil olmaqla, altı böyük bank, eləcə də Texas və Nyu-York liman hakimiyyəti tərəfindən alınıb. Müəlliflər müqavilələrin, göndərmə sənədlərinin, gəmi məlumatlarının və təchizatçılar, vasitəçilər və ABŞ rəsmiləri ilə yazışmaların qorunmasını tələb edirlər. Təsdiqin 28 oktyabr çərşənbə gününə qədər olacağı gözlənilir. 3 noyabr seçkilərindən sonra Demokratlar Konqresin bir və ya hər iki palatasına nəzarəti bərpa edərsə, araşdırma onlar üçün prioritet olacaq. Təşəbbüsə senator Cin Şahin rəhbərlik edib. Məktubu, həmçinin respublikaçı Tom Tillis imzalayıb. Qanunvericilər idxalın qanuniliyini şübhə altına alır və bu alış- verişin vı sövdələşmənin Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək məqsədli olduğu barədə xəbərdarlıq edirlər. ABŞ Maliyyə Nazirliyi isə müqavilələrin qanuni olduğunu iddia edir. Ağ Ev də demokratları Trampa qarşı araşdırmalara diqqət yetirməkdə günahlandırıb.
Şübhələr isə getdikcə artır…
A.Məmmədli







