Əsas məzmuna keç

Yeni təyin edilmiş ədliyyə nazirinin müavini Sahib Rzayevin dosyesi

Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev  Azərbaycan Respublikası ədliyyə nazirinin müavini  – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Sahib Rzayev 1977-ci ildə anadan olub. O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

S.Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışıb. 2006–2008-ci illərdə Fövqəladə Hallar Nazirliyində baş müstəntiq olub.

2008–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, həmin idarənin rəisi, eləcə də Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində işləyib.

Sahib Rzayev 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin iyul ayından yeni təyinatınadək isə nazirliyin İstintaq idarəsinin rəisi olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…