Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun Zirvə Toplantısında Qərbi və Avropa Birliyini hədəfə alıb. Putin bildirib ki, Avropa Rusiya qazına arxa çevirməklə öz sənayesini və sosial strukturunu məhv edir.
Tezadlar.az xəbər verir ki, Moskvada keçirilən 8-ci Qaz İxrac Edən Ölkələr Forumunun Zirvə Toplantısında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avropa Rusiya enerjisinə embarqo qoymaqla özünün ayağına güllə atır.
“Bilirsiniz, bir rus atalar sözü var: “Başqaları üçün quyu qazan özü ora düşəcək”. Mənim fikrimcə, bu gün Avropa Birliyi ölkələrində məhz bu baş verir. Xarici istehlakçılar, şirkətlər, müəssisələr və ev təsərrüfatları üçün artan xərclər… Bu, bu gün Avropada gördüyümüz mənzərədir, Rusiya enerji ehtiyatlarından üz çevirərək və uzunmüddətli müqavilələri ləğv edərək öz sənayesinə və sosial strukturuna zərbə vurur”, – Rusiya Prezidenti Vladimir Putin deyib.
Qərbə Avropanın çiçəklənməsini karbohidrogenlər və kömür üzərində qurduğunu xatırladan Rusiya lideri onları açıq-aşkar ikiüzlülükdə günahlandırıb.
“Bu nümunəyə baxın: Enerji böhranını həll etmək çətinləşəndə dərhal kömür elektrik stansiyalarını yenidən açdılar və indi onları tam gücdə işlədirlər! Bəs sizin yaşıl gündəliyiniz haradadır? Hamı ilə eyni masada oturub balanslaşdırılmış həllər hazırlamalıyıq. Bu məsələdə sizinlə razılaşmamaq mümkün deyil”, – Rusiya Prezidenti Vladimir Putin qeyd edib.
Putin çıxışında əsrin ortalarına qədər qlobal qaz tələbatının 5,5 trilyon kubmetrə çatacağını vurğulayıb və Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) texnologiyalarında tam müstəqillik əldə etdiyini bildirib. Rusiya liderinin ən diqqət çəkən mesajı Arktika layihələri ilə bağlı idi.
“Biz Arktika regionundakı bir çox ölkə ilə fəal şəkildə işləyirik və əməkdaşlığa açıqıq. Həqiqətən də, çox yaxın vaxtlara qədər Avropa tərəfdaşlarımız bizimlə yataqlarımızda işləyirdi və indi Çin tərəfdaşlarımız bunu edirlər. İndi biz Amerika tərəfdaşları ilə əməkdaşlıq imkanlarını araşdırırıq, – Rusiya Prezidenti Vladimir Putin vurğulayıb.
ELBAR







