Əsas məzmuna keç

Korrupsiya ilə əlaqədar məlumat verən şəxsə təzyiqə, işdən çıxartmaya görə cərimə artırıldı

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr 4 dəfəyədək artırılacaq.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni konfidensiallığı təmin edilməli olan korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs barədə məlumatın açıqlanmasına, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlmə, təzyiqlərə məruz qoyma, təhqir etmə və ya maddi zərər vurulmasına görə 800 manatdan 1 300 manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə ona tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqıdan qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsinə, mənfi xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə 3 min manatdan 5 min manatadək məbləğdə cərimə olunacaq.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…