Əsas məzmuna keç

“Bilirəm ki, Nərgizə nə demək lazımdır ki, Miri Yusif konsertdən sonra evə dolu ciblə gəlsin”

” Əvvəl qısqanc idi, amma son on ildə bu lazımsız hiss yox olub”

Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgiz Mirbabayeva ilə münasibətlərindən danışıb.

Tezadlar.az xəbər verir ki, müğənni bu barədə “Kəşfet” proqramında açıqlama verib. Sənətçi 18 illik münasibətlərində bir-birlərini anlamağı öyrəndiklərini bildirib:

“İnsanın daxilində dəyişməyən tərəfləri var. Nərgiz məni həm əvvəlki Miri kimi tanıyır, həm də illər ərzində keçdiyim yolu görüb. Buna görə bugünkü günümüzü qazanmışıq. İndiki halımı daha çox dəyərləndirir, işimə çox köklənmir. 18 ilimizi qeyd etdik. Bu illər ərzində bir-birimizə anlayışla yanaşmağı öyrəndik.

Gözəl bilirəm ki, Nərgizə nə demək lazımdır ki, Miri Yusif konsertdən sonra evə sevgi və dolu ciblə gəlsin. Əvvəl qısqanc idi, amma son on ildə bu lazımsız hiss yox olub. Sevinirəm ki, yox olub.

Qızımla mənə söz göndərir. Qızım gəlir ki, ata, bunu et, nə olar. O sözlə canla-başla dediyi tələbləri yerinə yetirirəm. Silahı qızımdır”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…