Əsas məzmuna keç

Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb

Yenidən gərginlik başlayıb: belə ki, dünəndən bəri Hörmüz boğazından keçən 3 tanker minaya düşüb. Tezadlar.az  xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, gəmilər Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşüblər.

Tankerlərin bütün radar və naviqasiya sistemlərini söndürərək, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı qeyd olunub. SEPAH-ın məlumatında Hörmüz boğazından keçməyə çalışan gəmilərə ABŞ-ın Mərkəzi Komandanlığına inanmalarına dair çağırış olunub, eyni zamanda, su yolunun cənub hissəsinin minalarla dolu olduğu ilə bağlı xəbərdarlıq edilib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…