Əsas məzmuna keç

Qan saxlama müəssisələrinə kiberhücum edildi

Fransada qan saxlama müəssisələrində istifadə olunan soyutma sisteminə qarşı kiberhücum başlayıb.

Tezadlar.az xəbər verir ki, milli medianın məlumatına görə, noyabrın 1-dən 2-nə keçən gecə hakerlər Fransa Qan Agentliyinin (EFS) Burqon-Franş-Kontedəki anbarlarında soyutma sistemini hədəfə alaraq müxtəlif anbar sahələrində temperatur parametrlərini -30 dərəcədən 110 dərəcəyə qaldırıblar.

Bir texnik temperaturun anormal artımını tez bir zamanda hiss edib.

Fransa Səhiyyə Nazirliyi vəziyyətin vaxtında aşkarlanması sayəsində heç bir əməliyyat təsirinin olmadığını bildirib. Kiberhücumu törədənlərin kimliyi hələ də məlum deyil.

Fransa Qan Agentliyinin prezidenti Frederik Pakud bildirib ki, “Məhsulların təhlükəsizliyi təhlükə altında deyil. Xəstələrin müalicəsində istifadə ediləcək nümunələri və ya plazma torbalarını itirə bilərdik”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…