ABŞ Prezidenti aralıq seçkilərin nəticələrini qəbul etdiyini və Demokratlarla əməkdaşlığa hazır olduğunu bəyan edib.
“Kommersant”ın məlumatına görə, səslərin qismən hesablanmasından sonra Demokrat Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə edib.
“Mən bu nəticələri qəbul etməyə tam hazıram. Biz demokratlarla işləyəcəyik və bilirsiniz, onlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Yəqin ki, ortaq bir həll yolu tapacağıq”, – deyə Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində bildirib.
Tramp Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəbini öz adının seçki bülletenlərində olmaması ilə əlaqələndirib.
“Mənim adım seçki bülletenində yox idim, əgər olsaydım, böyük fərqlə qalib gələrdik”, – deyə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, ilkin nəticələrə əsasən, Demokratlar ABŞ Konqresinin hər iki palatasına nəzarəti ələ keçirməyə hazırlaşırlar. Onlar Senatda 100 yerdən ən azı 50-sini qazanıblar. Nümayəndələr Palatasında da çoxluq əldə edən partiya, ən azı 235 yer qazanıb.
JASMİN







