4 Noyabr 2022 / 21:50

İNVESTİSİYA DƏYƏRİ 4,7 MİLYON MANAT OLAN ZAVOD İNŞA EDİLƏCƏK

“Prestij-Kimya MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib.

Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 milyon manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək”. – bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!