Əsas məzmuna keç

Mineral və qazlı içkilər bahalaşacaq? – İstehsalçılar hər litri üçün 10 qəpik vergi ödəməli olaca…

Azərbaycanda şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mal hesab ediləcək, onun istehsalının hər litrinə görə 0,1 manat (10 qəpik) aksiz vergisi tətbiq ediləcək.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, qanun layihəsinə əsasən, gözəllik xidmətləri göstərən şəxslərə münasibətdə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququnun 5 il müddətinə verilməsi (nağd dövriyyə 8 %, nağdsız dövriyyə 6 %), habelə ƏDV ödəyicisi kimi gözəllik xidmətləri göstərən şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…