Əsas məzmuna keç

Ərdoğan Azərbaycana edəcəyi səfərlə bağlı açıqlama verdi

“Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunur. Mən də fövqəladə bir vəziyyət baş verməsə, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm”. Tezadlar.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan deyib: “İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanımız olar. Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarımız olub. Əlbəttə, bu arada həm kəşfiyyat rəisini, həm də xarici işlər nazirimi Azərbaycana göndərdim. Bununla yanaşı bu arada istər İlham Əliyevlə, istərsə də yoldaşlarımız arasında telefon diplomatiyası həyata keçirilib, həyata keçirilir. Noyabrın 8-dəki Zəfər Gününə onlar da çox önəm verirlər. Hər zaman deyirəm, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…