İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində dəniz minalarına dəydikdən sonra iki neft tankerinin alovlandığını bildirib.
Tezadlar.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Bölməsi məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Məlumatda Hörmüz boğazının şərqindəki təhlükəli ərazidə iki neft tankerinin dəniz minalarına dəydiyi və yanmağa başladığı bildirilib.
Yanğının tankerlərin dəniz xəbərdarlıqlarına məhəl qoymaması və koordinasiya olmadan qadağan olunmuş ərazilərə daxil olması nəticəsində baş verdiyi iddia edilib.
Məlumatda tankerlərin milliyyəti və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib.
Hörmüz boğazındakı vəziyyət
ABŞ və İsrail 28 fevral 2026-cı ildə İrana hücumlar təşkil edib və bu müddət ərzində qlobal neft ixracı və təchizat zəncirləri üçün vacib olan Hörmüz boğazı bağlanıb.
İran həmçinin Körfəz ölkələrinə və bölgədəki “ABŞ və İsrail hədəfləri” adlandırdığı ərazilərə hücumlar təşkil edib və bundan sonra atəşkəs əldə edilib.
17 iyun 2026-cı ildə Vaşinqton və Tehran arasında imzalanan “İslamabad Sazişi” hərbi hücumların dayandırılmasını və Hörmüz boğazının dəniz nəqliyyatı üçün yenidən açılması üçün tədbirlərin görülməsini nəzərdə tuturdu.
Lakin sonradan boğazda naviqasiya ilə bağlı fikir ayrılıqları səbəbindən sazişin icrası çətinləşdi və iyul ayında toqquşmalar yenidən başladı.
ABŞ-nin 8 iyulda hücumları bərpa etməsindən sonra İran 12 iyulda Hörmüz boğazını yenidən bağladığını elan etdi.
ELBAR







