Əsas məzmuna keç

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi müzakirə olunur, amma…

media zelenski hzcla

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda genişmiqyaslı hərbi əsir mübadiləsi məsələsinin müzakirə edildiyini bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski Danimarkada jurnalistlərlə söhbəti zamanı tərəflərin 1000-ə 1000, hətta 1500-ə 1500 formatında mübadilə imkanını müzakirə etdiyini deyib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri bu təkliflə Rusiyaya gedəcəklər. Zelenski həmçinin bildirib ki, danışıqlar zamanı Rusiya nümayəndə heyəti ərazi məsələsini də gündəmə gətirib. Lakin bu məsələnin dövlət başçıları səviyyəsində müzakirə olunmalı olduğunu vurğulayıb. Danışıqların növbəti mərhələsində gərginliyin azaldılması, enerji məsələləri və Qara dənizdəki vəziyyətin müzakirəsi nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…