Əsas məzmuna keç

Əbu-Dabidə üçtərəfli danışıqlar başa çatdı

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən danışıqların ikinci və sonuncu günü başa çatıb. Müzakirələr iki saatdan bir qədər az davam edib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin görüşdən sonra açıqlamalar verməsi gözlənilir.

Əvvəlki günkü dialoq dörd saat yarım davam edib. ABŞ nümayəndələri danışıqları konstruktiv adlandırıblar.

Qeyd olunur ki, tərəflər bütün qitə üçün bölünməz təhlükəsizlik arxitekturasının yaradılması çərçivəsində Ukraynadakı münaqişənin həllini müzakirə edirlər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…