Əsas məzmuna keç

Co Bayden İrlandiyada “daşqalaq” edildi

Keçmiş ABŞ prezidenti Co Bayden İrlandiyadakı bir universitetdə keçirilən tədbirdə Fələstin tərəfdarı fəallar tərəfindən etirazla qarşılanıb.

Tezadlar.az xəbər verir ki, Bayden oğlu Hunter Baydenin mükafat aldığı Dublin Trinity Kollecində keçirilən tədbirdə iştirak edib.

Tədbir zamanı Fələstin tərəfdarı fəallar universitetin qarşısında toplaşıblar.

Fəallar Bayden gedərkən ona əşyalar atıblar.

Təhlükəsizlik xidməti onu atılan əşyalardan qorumaq üçün çətirlər açıb.

Baydenin prezidentliyi dövründə İsrailə qeyd-şərtsiz dəstəyinə etiraz edən fəallar “Əlləriniz qan içindədir” və “Utanc” kimi şüarlar səsləndiriblər.

Hadisə yerində iki nəfər saxlanılıb.

Bu vaxt Hunter Baydenin çıxışı etirazlarla kəsilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…