Əsas məzmuna keç

Azərbaycan karateçiləri “Tbilisi Open 2026”da yarışacaqlar

Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçilərdən ibarət milliləri noyabrın 14-15-də Gürcüstanın Tbilisi şəhərində keçiriləcək “Tbilisi Open 2026” beynəlxalq turnirində iştirak edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.

Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə turnirdə hakim qismində iştirak edəcəklər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…