19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.
Tezadlar.az xəbər verir ki, komanda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.
Serbiyanın paytaxtı Belqraddakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 7:2.
Xatırladaq ki, U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.







