Bu gün- bir neçə saat əvvəl “Delaver ştatı və NVIDIA şirkəti- ŞOK İDDİA-“TƏZADLAR”IN MOSKVA MÜXBİRİ YAZIR” başlıqlı yazı dərc edilmişdir… https://tezadlar.az/delaver-stati-ve-huquqi-qeydiyyatda-olan-nvidia-sirketi-sok-iddia/
Tezadlar.az xatırladır ki, bu araşdırma yazısının müəllifi İlqar Eldaroğlu şirkətin fəaliyyəti barədə olduqca ciddi faktları ortaya qoyaraq şirkətin rəhbərliyi haqqında da şok faktları açıqlamışdı… Bu gün- bir neçə saat əvvəl məlum oldu ki, adı çəkilən Nvidia şirkətinin prezidenti istefa verib. Bu barədə İlqar Eldaroğlu Moskvadan redaksiyaya göndərdiyi mesajında yazır: “… Nvidia şirkəti bu dəqiqələrdə elan etdi ki, Censen Huanq istefa verdi… Belə ki, Nvidia-nın təsisçisi Censen Huanq korporasiyanın prezidenti, baş icraçı direktoru və idarə heyətinin üzvü vəzifələrindən ayrılıb. O, Şirkət rəhbərliyinin dəyişdirilməsi və daimi varisin axtarışına başlanması barədə məlumat yayıb,- Reuters xəbər verdi… Baş icraçı direktorun vəzifələrini müvəqqəti olaraq şirkətin maliyyə direktoru Kolet Kress icra edəcək. İdarə heyətinin sədri vəzifəsinə isə Harvi Cons təyin edilib — bu vəzifə Nvidia-da ilk dəfə təsis olunub. Şura həm şirkətin əməkdaşları, həm də kənar şəxslər arasından namizədləri nəzərdən keçirəcək…”.
Sitatın sonu.
Elçin







