İddia edilirdi ki, ABŞ vitse-prezidenti J.D.Vens İran rəsmisi ilə üz-üzə görüşmək istəyir. Bu iddiadan sonra Tramp Vensdən bütün diqqətini ABŞ-dakı korrupsiya iddialarına yönəltməsini istəyib. Eyni mesajda o, “Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur” deyib. Bəs bu, Vensə dolayı xəbərdarlıq idimi?
Tezadlar.az xəbər verir ki, əvvəlcə ABŞ-nin vitse-prezidenti J.D.Vensin İran rəsmisi ilə üz-üzə görüşə biləcəyi iddiası ortaya çıxıb. Daha sonra ABŞ prezidenti Donald Tramp Vensdən bütün diqqətini Demokratların idarə etdiyi ştat və şəhərlərdəki korrupsiya iddialarına yönəltməsini istəyib. Eyni mesajda o, “Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur” deyib. Beləliklə, Tramp bu sözlərlə ara seçkilərdə məğlubiyyətindən sonra İran müharibəsini tənqid edən Vensə dolayı xəbərdarlıq edirbmi?
“Bu, sadəcə, nə vaxt bitmək istədiyimiz məsələsidir. 93% qələbə deyil, tam qələbə əldə etməyimizi təmin etmək istəyirik. Bu qələbə mütləq tam olacaq. Məhv etdiyimiz şeyləri yenidən qurmaq üçün onlara 25 il lazım olacaq. Ümid edirəm ki, o ölkənin bir daha məhv etməməliyik. Ölkələrini yenidən qurmaq üçün çox iş görməlidirlər”, – ABŞ Prezidenti Donald Tramp deyib.
“Wall Street Journal” qəzetinin məlumatına görə, Vens oktyabr ayında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə üzbəüz görüş tələb edən məktub göndərib.
Qəzet yazıb ki, Tramp da Vensin mümkün danışıqlarda liderliyi ələ almasına açıqdır. Məlumata görə, görüşün tarixi hələ müəyyən edilməyib. Vaşinqton və Tehran arasında vasitəçilər vasitəsilə əlaqələr davam edir.
“Biz 18 dəyərli insan itirmişik. Lakin bu münaqişə, tezliklə bitəcək, bitəndə bütün dünya daha təhlükəsiz, daha yaxşı və daha dinc bir yer olacaq. Üzləşdiyimiz təhlükələr artıq mövcud olmayacaq”, – ABŞ Prezidenti Donald Tramp vurğulayıb.
ELBAR







