Əsas məzmuna keç

Generalın qızı barədə bu səbəbdən həbs qəti imkan tədbiri seçilmədi

Xəbər verdiyimiz kimi, general-mayor Natiq Əliyevin ötən  gecədən saxlanılan  qızı Türkər Əliyeva məhkəməyə çıxarılıb.

Onunla bağlı təqdimata Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Prokuror təqsirləndirilən şəxsin ağır cinayətdə təqsirləndirildiyini, ən əsası şahidlərə təsir imkanının olduğunu əsas gətirərək həbs edilməsini tələb edib.

Türkər və vəkili isə əksinə təqdimatın əsaslı olmadığını deyib, təmin edilməməsini xahiş ediblər. Vəkil müvəkkilinin 4 uşağı olduğunu da məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmə təqsirləndirilən şəxsin həbsinə əsas görməyib. Qərara əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq Türkel barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlarını təkbaşına böyütməsini, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasını nəzərə alıb.

Qeyd edək ki, Türkər keçmiş MTN generalı, hazırda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevin   şikayəti əsasında tutulub. İttihama görə, Türkər torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Rzayevdən külli miqdarda pul alıb.

Sumqayıt şəhər prokurorluğu tərəfindən general qızına Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 32.4, 313-cü (cinayətə təhrik etməklə vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…