Əsas məzmuna keç

Dövlət şirkətləri də vergi borcunu ödəyə bilmir – “Azərsu”yun borcu 23 milyonu ötüb…

Azərbaycandakı dövlət və özəl şirkətlər, eləcə də sahibkarlar büdcə qarşısındaı borclarını, xüsusilə də vergi borclarını ödəməkdə çətinliklə üzləşiblər.

Tezadlar.az   xəbər verir ki, 2026-cı ilin oktyabrın 1-ə olan vəziyyətə görə, şirkətlərin büdcə qarşısında 4 milyard 248 milyon manat borcu yığılıb.

Qeyd edək ki, dövlət şirkətləri də vergi borcunu ödəyə bilmir, dövlət şirkətlərinin ümumi borcu bu ilin əvvəlindən 477 milyon manat və ya ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq 715 milyon manata sıçrayıb.

Belə ki, “Azərsu” ASC-nin dövlət büdcəsinə 23,3 milyon manat, büdcə təşkilatlarının isə 20 milyon manat borcu var.

Ümumilikdə bütün borcların 76%-i və ya 3,2 milyard manat sırf özəl biznesin payüına düşür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…