Əsas məzmuna keç

Xidmət obyektlərində, mağazalarda qiymət göstərilməməsinə görə yüksək cərimələr gözlənilir

Mağaza və xidmət obyektlərində qiymətlərin göstərilməməsi və ya xarici valyutada təqdim olunması sahibkarlar üçün ciddi cəriməyə səbəb ola bilər.

Tezadlar.az xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmət və ya işlər üçün isə qiymət cədvəllərinin və menyuların olmamasına, yaxud düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur.

Azərbaycan ərazisində satılan malların, işlərin və xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə isə 1 100 manatdan 1 650 manatadək cərimə tətbiq edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…