Əsas məzmuna keç

Fatma Abdullazadə “Təzadlar”ı necə şərləmək istəyirdi?- FAKT

GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabında oxuyuruq:

“15-16 sentyabr – Yaqub Zurufçu zəng etmişdi. Onun danışdıqları:

– Bu televiziyon ki, Amerikada açmaq istəyirik ona çəkilişlər etməklə məşğulam. Gəncədə idim, Arazın sahilinə gedə bilmədiyimə görə Kürün sahilində süni sərhəd yaradıb “Ayrılıq” mahnısına klip çəkmişik. Xeyli pul xərcləndi. Sizə gəlmək istəyirdim, ancaq imkan tapmadım. Məmməd müəllimi də çəkmək istəyirəm. Bəlkə saat beşdə gələrəm.

***

 Bəxtiyar müəllim zəng etdi… Əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim.

Bir xeyli keçəndən sonra  Prezident Aparatından bir məmurun Məmmədlə danışmaq istədiyini bildirdilər(Oxu: Fatma Abdullazadə.RED.).

– Buyursunlar, gözləyirəm, -dedim (Az sonra Fatma Abdullazadə zəng edir.Red.).

– Bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir… Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər(Oxu: Bəxtiyar Vahabzadənin və Məmməd Arazın paxıllığını çəkənlər.Red.). Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var… Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq… Mənim sözlərimi Məmməd müəllimə çatdırın, qoy fikirləşsin, sonra siz mənə çatdırarsınız.

– Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. Özünüz zəng edərsiniz.

Sözlərini olduğu kimi Məmmədə çatdırdım…(Oxu: Fatma Abdullazadə tələb edirdi ki, Bəxtiyar Vahabzadə və Məmməd Araz, Nurəddin Rza qəzetin Redaksiya Heyətindən çıxıb bəyanat versinlər, bu bəyanat AzTV-də səsləndiriləcək və s.Red.).

Bəxtiyar müəllim təzədən zəng etdi, telefonla danışdı:

– Ay bacım, mən bayaq Məmmədlə də danışdım. Sən evdə deyildin, sizinlə danışdılarmı? Deyirlər ki, biz Redaksiya Heyətindən çıxaq… Onlara dedim ki, demokratiyadır,  danışırlar. Qəzetdə nə yazılıb ki, elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə?  Dedim  ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür… Mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib.

– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət…

– Elədir, qəzetdə mənim və Məmmədin adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar… Mənə deyirlər ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən… Onlar hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin üstünə isə hücum çəkiblər.

– Yaxşı, Bəxtiyar müəllim, danışaram.

– Hə bala, danış görək…”.

Sitatın sonu!

“Təzadlar”dan: Məmməd Araz Fatma Abdullazadəyə sərt cavab verir, yəni, qəzet haqlıdır!

Əli Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan və Nurəddin Rzadan üzülən Fatma Abdullazadə bu dəfə X.Məmmədovun oğlunu dilə tutur, yoldan çıxarır və onu AzTV-də efirə çıxarır, “Təzadlar”ın əleyhinə danışdırır… Amma Bəxtiyar müəllim isə Ulu Öndər Heydər Əliyevlə danışır, Asif Mərzilinin məlum müraciətində Fatma Abdullazadənin söylədiklərinin olmadığını bildirir, Prezident Heydər Əliyev qəzetdəki həmin müraciəti şəxsən oxuyandan sonra… vəziyyət qəzetin xeyrinə dəyişir… Bununla belə, Fatma Abdullazadə yenə də sakitləşmir… Qəzetə qarşı Mətbuat Şurasının, Əli Həsənovun vasitəsilə olmazın qarayaxmalar səngimir… Amma həyat göstərdi ki, bu gün 34 ildir nəşr olunan qəzet bu şər-şəbədələrin qarşında əyilmədi, yolunu davam etdirməkdədir…

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…