Əsas məzmuna keç

“Фархад, ты замечательный человек”…

…Əvvəla bu gün bütün dünyanın Şahmat kimi tanıdığı masaüstü oyunun vətəni Hindistandır. Və bu oyundakı Şah fiqurunun ilkin adı Raca olub. Hindistandan İrana keçdikdən sonra bu fiqur fars dilində hökmdar mənasını verən Şah adını alıb. Avropada isə bu fiqurun adı yerli dillərə tərcümə edilərək Kral mənasını verən sözlərlə əvəzlənib. Məsələn, ingilisərdə King, ruslarda Король, fransızlarda isə Roi adlanır. Fərqi yoxdur, ona farslar kimi Şah da demək olar, rus əlifbasına uyğun olaraq Şax da…
İndi keçək Fərhad Bədəlbəylinin çıxışına. Amma əvvəlcə Fərhad Bədəlbəylinin kimliyini və miqyası haqda. Fərhad Bədəlbəyli Azərbaycanın müasir musiqi mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli pianoçu, bəstəkar, pedaqoq və tanınmış ziyalıdır. Onu həm sənətkarlıq miqyası, həm də insani və ictimai keyfiyyətləri baxımından bir neçə əsas istiqamətdə xarakterizə etmək olar:
O, B.Smetana (Praqa) və Vianna da Motta (Lissabon) adına beynəlxalq müsabiqələrin laureatı olaraq Azərbaycan fortepiano məktəbini dünyanın 50-dən çox ölkəsinin nüfuzlu səhnələrində tanıdıb. façılığında Qərb klassik musiqisinin akademik dərinliyi ilə Azərbaycan muğam və xalq musiqisinin ruhunu ustalıqla birləşdirib. Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi mötəbər layihələrin bədii rəhbəri olaraq ölkədə klassik musiqinin təbliğinə böyük töhfə verib…
1971-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olaraq onlarla istedadlı pianoçu yetişdirib. Həmkarları və tələbələri arasında səbirli, təmkinli və heç kimin xətrinə dəyməyən bir idarəçi kimi tanınır… Tanınmış teatr rejissoru Şəmsi Bədəlbəylinin oğlu, Bədəl bəy Bədəlbəylinin nəvəsi və dahi Üzeyir Hacıbəylinin qohumu olaraq yüksək mədəni irsin daşıyıcısıdır. Ətrafındakılar onu zadəgan davranışlarına malik, lakin eyni zamanda son dərəcə sadə, səmimi və yumor hissi güclü olan bir insan kimi təsvir edir. Mədəniyyət siyasəti, sənət adamlarının sosial problemləri və milli-mənəvi dəyərlərlə bağlı açıq, cəsarətli və prinsipial fikirləri ilə seçilir…
Hələ sovet dönəmində, 1972-ci ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adına layiq görülüb. 1974-cü ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının mükafatını alıb. 1978-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adı ilə təltif olunub. 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına yiyələnib. 1990-cı ildə “SSRİ xalq artisti” fəxri adına lyiq görülüb…
Azərbaycan müstəqilliyini qazanandan sonra isə Fransanın “İncəsənət və Ədəbiyyat”, Respublikamızın “Şöhrət”, “İstiqlal” “Şərəf” ordenləri ilə təltif olunub…
İndi 80 yaşlı bir kişinin ölkə rəhbərinə beş-altı kəlmə xoş söz deməsini bayraq edib, xidmətlərini kölgə altına salmağı nadanlıqdan başqa necə adlandırmaq olar? Deyib, deyib də…
…”Фархад, ты замечательный человек”…
Elman Eldaroğlu
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…