Əsas məzmuna keç

Yanğın təhlükəsinə görə mebel mağazası bağlanıb

Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən “İnterturan” mebel mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında yerləşən “İnterturan” mebel mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

 

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…