Əsas məzmuna keç

Rusiya ordusu Krivoy Roqu ballistik raketlərlə atəşə tutdu: 2 ölü, 42 yaralı var!

Ötən gecə Ukraynanın Krivoy Roq şəhəri raket hücumuna məruz qalıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadka xəbər verir ki, ballistik raketin düşməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Sitat: “Saat 23:00-a olan məlumata görə, dördü uşaq da daxil olmaqla 42 nəfər yaralanıb. 20 yaşlı qız və 7 yaşlı oğlan ölüb. 27 nəfərin vəziyyəti ağırdır. Həkimlər onlara və bütün yaralılara bütün lazımi yardımı göstərirlər”, – Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkul “Telegram” kanalında yazıb. Hücum nəticəsində şəhərdə bir xəstəxana, 23 yaşayış binası və bir neçə obyektə ziyan dəyib.

Ukrayna prezidenti Vladimir Zelenski isə bunun beşqat cavabının veriləcəyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…