NATO Parlament Assambleyasının (NATO PA) Berlində keçirilən Baş Assambleyasında ABŞ konqresmeni Brendan F.Boyle Assambleyanın prezidenti seçilib.
Tezadlar.az xəbər verir ki, seçildikdən sonra verdiyi açıqlamada Boyl NATO PA-nın prezidenti seçilməkdən şərəf duyduğunu bildirib və əlavə edib: “NATO-nun 32 ölkəsindən olan 280 parlamentariyə mənə göstərdikləri etimada görə minnətdaram”.
Boyl NATO-nun tarixin ən uğurlu müdafiə ittifaqı olduğunu vurğulayaraq, artan təhdidlər dövründə Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün ittifaqın hər zamankindən daha vacib olduğunu qeyd edib.
NATO PA-da ABŞ Nümayəndəliyinin müvəqqəti rəhbəri vəzifəsində çalışan Boyl həmçinin NATO PA-da Siyasi Komitənin sədri, Baş məruzəçi və vitse-prezident vəzifələrində çalışıb.
ELBAR







