Artıq dünəndən İspaniyanın “Barselona” futbol klubunun üzvləri Bakıya gəlib. Tezadlar.az xəbər verir ki, komandanın üzvlərini gətirən təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Futbol klubunun üzvlərini hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Sabah” klubu ilə qarşılaşacaq. Oyun Milli Olimpiya Stadionunda baş tutacaq.







