Türkiyənin “Fənərbağça” klubunun iki futbolçusu Ukrayna təmsilçisi “Şaxtyor”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
Tezadlar.az xəbər verir ki, Marko Asensio və Nathan Ake Liqa mərhələsinin V turunun matçını buraxacaq.
Hər iki oyunçu zədə səbəbindən meydana çıxmayacaq.
Xatırladaq ki, “Şaxtyor” – “Fənərbağça” oyunu Londondakı “Stamford Bric” təşkil olunacaq. Qarşılaşma noyabrın 25-dən 26-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.







