London , Jermyn Street 101-102. Şəkildə gördüyünüz bu binanın birinci və ikinci mərtəbələri (Ground Floor and Lower Ground Floor) Baş nazirin keçmiş müavini (2013–2018), sabiq kənd təsərrüfatı naziri (2004–2013) İsmət Abasovun oğlu Yunis Abasov 2017-ci ildə 10,6 miyon funta alıb.
Keçmiş nazirin oğluna məxsus Y.A. PROPERTY INVESTMENTS LIMITED adından Helix Property Advisors idarəçi şirkət alt qatı 2019-cu ildə 12 illiyinə məşhur Charles Tyrwhitt brend geyimlər şirkətinə 350 min funta icarəyə verib.
Yunis Abasovun 2013-cü ildə 92-94 Borough High Street, London ünvanındakı kommersiya sahəsinə aid əmıakının isə təəssüf ki, alış qiyməti məlum deyil.
Cavanşir Həsənli,
Araşdırmaçı jurnalist












