Əsas məzmuna keç

Ermənistanda saxlanılan Azərbaycan əsgərinin həbsi uzadılıb

Ermənistanın Sünik bölgəsinin Şəki kəndində saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb.

Tezadlar.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Gorus şəhərində cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Dövlət ittihamçısının Nəsimi Musayevin həbs müddətinin daha 3 ay uzadılması barədə vəsatəti təmin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…