19 Noyabr 2022 / 06:15

YENI SƏFİRİMİZ ETİMADNAMƏSİNİ FRANSA XİN-Ə TƏQDİM EDİB

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.

Bu barədə L.Abdullayeva şənbə günü özünün “Twitter” səhifəsində yazıb.

“Fransa Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini cənab Bruno Bissona isti qarşılanmaya görə təşəkkür etmək istərdim”, – deyə səfir bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!