Əsas məzmuna keç

Bəzi mallar gömrük rüsumundan və ƏDV-dən azad edildi – raritet avtomobillər, əntiq əşyalar…

Azərbaycanda raritet avtomobillərin, eləcə də müəyyən incəsənət, kolleksiya və əntiq əşyaların ölkəyə gətirilməsi ilə bağlı vergi və gömrük güzəştləri dövlət reyestrinə daxil edilib.

Tezadlar.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov 12 oktyabr 2026-cı il tarixində 333 nömrəli qərar imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiqlənmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na dəyişiklik edilib.

Yeniliyə görə, bir şəxs tərəfindən il ərzində ölkəyə 1 ədəddən artıq olmamaqla raritet avtomobilin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilib. Amma bu güzəşt bir nəfərə yalnız bir avtomobil gətirəndə tətbiq ediləcək. Ümumilikdə isə bir nəfərin belə güzəşti maksimum 10 dəfə tətbiq oluna bilər.

Sadəcə bunun üçün Mədəniyyət Nazirliyi avtomobilin müvafiq tələblərə uyğun olduğunu təsdiqləməlidir.

İncəsənət və əntiq əşyaların idxalı isə ƏDV-dən azad edilib.

Qərarın digər hissəsi incəsənət və kolleksiya əşyaları ilə bağlıdır. Sənədə əsasən Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları üzrə siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən: incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilir.

Əntiq və incəsənət əşyaları ilə bağlı güzəşt yanvarın 1-dən hesablanacaq

Sənədə əsasən, incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalının ƏDV-dən azad edilməsini nəzərdə tutan 1.177-1-ci bənd 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…