Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daha sonra bildirilib ki, həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq Qərarının əlavəsində tanış olmaq mümkündür.
Məlumata görə, artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildirişlərin göndərilməsinə başlanılıb. Bildirilir ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.
Sonda qeyd edilir ki, Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
***
Qeyd edək, hələ bir müddət əvvəl Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifakatın hazırlanması nəzərdə tutulur”,- deyə açıqlamışdı. Onun sözlərinə görə, həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq.
Artıq həmin məsələ reallaşmaq üzrədir. Xatırladaq ki, avqustun 9-dan etibarən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılacağı barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilirdi.
Rəsmi açıqlamaya görə, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılır: “”Əks göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikatı” veriləcək”, -deyə bildirilirdi.
JASMİN