Əsas məzmuna keç

RUSİYAYA MƏXSUS GƏMİ TÜRKİYƏ LİMANINDA ESTAKADAYA ÇIRPILIB

Türkiyənin Amasra limanında Rusiyaya məxsus kruiz gəmisi estakadaya çırpılıb.

Tezadlar.az “Habertürk” telekanalına istinadən xəbər verir ki, güclü tufan “Astoria Grande”-nin normal yanalmasına mane olub.

Qeyd olunur ki, gəmi İstanbuldan bir gün əvvəl çıxıb, yanvarın 18-də səhər saatlarında Amasraya çatıb. Külək gəmini limana aparıb və yanalma dayaqlarını zədələyib.

Məlumata görə, laynerin göyərtəsində 668 nəfər, o cümlədən 385 sərnişin, 283 ekipaj üzvü və heyət olub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…