Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Yanvar 2023 / 11:09

UKRAYNALI TANINMIŞ ALİM “TƏZADLAR”IN QONAĞI OLDU- FOTO

Kiyevdə yaşayan sabiq diplomat, Ukrayna EA-nın akademiki, hüquq elmləri doktoru, professor Arif Quliyev “Təzadlar”ın qonağı oldu.

Arif müəllimlə çox maraqlı söhbətimiz alındı: görkəmli dövlət xadimi Heydər Əliyevlə, Prezident İlham Əliyevlə görüşləri, eləcə də diplomat kimi fəaliyyəti, Ukrayna müharibəsi, diaspor işi və s. barədə TezadlarTV-yə (TTV AZ)  müsahibə verdi. Bütün söhbətimizin qayəsi bu idi ki, Azərbaycanı sevmək üçün onu yaxşı tanımaq və tanıtmaq lazımdır. Professor Arif Quliyev ermənilərin at oynatdığı, Arsen Avakovu daxili işlər naziri, Aşotları deputat etdikləri… Ukraynada var gücü ilə Azərbaycanı ukraynalılara və Ukraynaya tanıtmaqla məşğuldur. Amma o da məlum olur ki, Azərbaycanın Diaspor Komitəsində və bəzi aidiyyəti qurumlarda Ukraynadakı nüfuzlu ziyalılarımızı “tanımırlar! Eləcə də akademik Arif Quliyevi…

Qısası, sabah TTV  AZ-ın efirində (TezadlarTV) professor Arif Quliyevlə müsahibəmizə baxa bilərsiniz.

Elbar ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!