Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Avqust 2021 / 09:29

XƏZƏRDƏ BALIQLAR NİYƏ TƏLƏF OLUR?

Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb

son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.

O qeyd edib ki, yay aylarında bu təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.
Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.
TEZADLAR.AZ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!