Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyədə baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 36 mini keçib.
Tezadlar.az xəbər verir ki, bu barədə hökumətin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
“Fevralın 6-da Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində indiyədək 36 187 nəfər ölüb. 108 068 nəfər xəsarət alıb. İlk zəlzələdən indiyədək bölgədə 4,3 mindən çox təkrar təkan qeydə alınıb”, – agentlikdən məlumat verilib.
AFAD əlavə edib ki, hazırda təbii fəlakət zonalarından müvəqqəti olaraq başqa bölgələrə köçürülənlərin sayı 216 min nəfərdən çoxdur.
Çərşənbə günü AFAD-ın risklərin minimuma endirilməsi şöbəsinin müdiri Orxan Tatar bildirib ki, ən güclü iki zəlzələnin (7,7 və 7,6 bal gücündə) ümumi müddəti 2 dəqiqə olub. İdarənin mütəxəssislərinin məlumatına görə, torpaq 7,3 metr sürüşüb. Sərbəst buraxılan enerjinin ümumi miqdarı 30 katrilyon joul idi, – Tatar qeyd edib.
E.ŞİRİNOV