12 Mart 2023 / 06:04

BAKIDA HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ YÜKSIK SƏVİYYƏLİ TƏDBİR

Bu saatlarda Bakıdakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir.

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, mərasimdə X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində “Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı” və “Milli kimliyin qurulması” adlı panel iclasları keçiriləcək. Toplantıda Albaniya Prezidenti Bayram Beqay çıxış edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!