27 Mart 2023 / 15:38

ABŞ PREZİDENTİ SÖZ VERDİ Kİ…- RƏSMİ

“ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyini bir daha təsdiqləyir”.

Tezadlar.az xəbər verir ki, bu fikir ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”.

Təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi hələ də bölgə məsuliyyətini nəinki dərk etmir, eləcə də Azərbaycanla bağlı işğalçılıq siyasətini hələ də bir kənara qoymur. Amma reallıq başqa siyasət yürütməyi diqtə edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!