Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyədəki “Akkuyu” AES-i Moskva və Türkiyənin ən mühüm layihəsi adlandırıb və bu, ölkələr arasında iqtisadi və qonşuluq əlaqələrini inkişaf etdirməyə imkan verir.
Tezadlar.az xəbər verir ki, o, bu barədə obyektin birinci enerji bloku üçün nüvə yanacağının ilk partiyasının təhvil verilməsi mərasimində bildirib.
Mərasimdə Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da videobağlantı vasitəsilə iştirak edib.
“Akkuyu” AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə təchiz edilmiş AES-in dörd blokunun hamısı istifadəyə verildikdə, stansiya bütün Türkiyənin tələbatının 10%-ni ödəyəcək elektrik enerjisi istehsal edəcək. “Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncüsü isə 2022-ci ilin iyulunda başlayıb.
E.ŞİRİNOV