Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı vəAzərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə qardaş Türkiyədə ÜmummilliLider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı reallaşacaq.
AİJA-nın bu xoşməramlı qarşılaşmanın həyata keçirilməsi təşəbbüsü ilə “Qalatasaray” Futbol Klubu rəhbərliyinə müraciəti müsbət qarşılanıb. Qardaşlıq görüşündə “Qalatasaray”ın əfsanəvi futbolçularının qatıldığı komanda AİJA milli yığması ilə üz-üzə gələcək.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından Azərinforma bildiriblər ki, AİJA-nın xoşməramlı görüşün həyata keçirilməsi təşəbbüsü “Qalatasaray” İdman Klubunun rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Bu gün klubdan AİJA-ya göndərilən məktubda türk dünyasının iftixarı, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi şərəfinə keçiriləcək qardaşlıq görüşünün məhz 17 mayda – “Qalatasaray”ın UEFA kuboku qazanmasının 23 illiyinin tamam olduğu gündəmöhtəşəm bir məkanda – Florya Metin Oktay təsislərində reallaşacağı qərara alınıb.
Arkadaşlıq görüşündə “Qalatasaray”ın əfsanəvi futbolçularının qatıldığı komanda AİJA milli yığması ilə üz-üzə gələcək.
AİJA komandasına uğurlar arzulayırıq!
A.Məmmədli