9 May 2023 / 08:43

TÜRKİYƏ XİN RƏHBƏRİ ÖLKƏMİZDƏN KEÇƏN NƏQLİYYAT XƏTLƏRİNDƏN DANIŞIB

Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan ərazisindən keçən nəqliyyat xətlərinin böyük əhəmiyyət daşıdığını deyib.

TEZADLAR.AZ xəbər verir ki, Çavuşoğlu məsələ ilə bağlı danışarkən vurğulayıb ki,  bəzən İran vasitəsi ilə nəqliyyatdan danışırlar, lakin İran vasitəsi ilə bu artıq mövcud idi və Orta Dəhliz isə həyati əhəmiyyətə malikdir.

Çavuşoğlu, həmçinin Türkiyə ilə İraq arasında strateji əhəmiyyət daşıyan nəqliyyat xəttinin çəkiləcəyini də diqqətə çatdırıb.

Çavuşoğlu Ermənistanın səmimi addımlar atmamasının bölgədə gərginliyə səbəb olduğunu və Azərbaycan ilə Türkiyənin qonşu Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində səmimi olduqlarını da vurğulayıb.

trt

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!