Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Federasiyasında mayın 23-dən etibarən COVID-19-a yoluxma hallarına dair operativ məlumatlar əvvəlki kimi gündəlik deyil, həftədə bir dəfə çərşənbə axşamı dərc olunacaq.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahda məlumat verilib.
“Rusiya Federasiyası Hökuməti 23 may 2023-cü il tarixindən etibarən hər həftənin çərşənbə axşamı günləri COVID-19 ilə bağlı operativ məlumatların dərc edilməsinə qərar verib”, – məlumatda deyilir.
Qeyd edək ki, operativ qərargah 2020-ci ilin martından Rusiyada COVID-19 ilə bağlı məlumatları dərc etməyə başlayıb.
E.ŞİRİNOV