Əsas məzmuna keç

AZƏRBAYCANDA COVID-19-A 3 YOLUXMA FAKTI QEYDƏ ALINIB

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tezadlar.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 865 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 550 nəfər müalicə olunaraq sağalıb, 10 min 277 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1185, bu günə qədər isə ümumilikdə 7 milyon 627 min 857 test icra olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…